EN

Musiqi məktəblərinə qəbulun nəticələri nə vaxt açıqlanacaq? -

Xəbər verildiyi kimi, 14 - 21 avqust tarixləri arasında Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu üzrə ixtisas və məktəb seçimi qeydiyyatı aparılıb. Mədəniyyət Nazirliyindən Mətbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəbulun yekun nəticələri yaxın günlərdə elan olunacaq: “Bu il qəbul prosesi ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası ilə birgə tam elektron qaydada həyata keçirilib. Hazırda Nazirlik tərəfindən müraciətlər və ixtisas-məktəb seçim göstəriciləri üzrə yekun təhlillər aparılır. Nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir. Tədris ili hələ başlamadığı üçün bu proses təhsil fəaliyyətinə heç bir təsir göstərmir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Chosen
51
1
metbuat.az

2Sources