EN

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən Sammitində Azərbaycanın təşkilata üzvlüyünün bloklanması ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib.

Bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb.

Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb.

Mənbə onu da deyir ki, Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlik kimi qəbul olunmalıdır.

Chosen
27
42
aznews.az

10Sources