EN

Qərb Ukraynaya qoşun göndərməyin alternativ yollarını axtarır

ABŞ və Avropa İttifaqı Ukraynaya Qərb hərbi kontingentinin yerləşdirilməsinə qarşı Rusiyanın etirazlarını nəzərə alaraq alternativ yollar axtarır.

Editor.az xəbər verir ki, NBC News-un məlumatına görə, hazırda Ukraynaya NATO-ya daxil olmayan ölkələrdən, o cümlədən Səudiyyə Ərəbistanı və Banqladeşdən qoşunların göndərilməsi variantı gündəmdədir.

Mənbələr bildirir ki, NATO ölkələrinin birbaşa iştirak etməsi nəzərdə tutulmur. Onların əsas funksiyası demilitarizasiya olunmuş zonanın qorunması və vəziyyətin peyklər və pilotsuz uçuş aparatları vasitəsilə monitorinqi olacaq. Bununla belə, həmin zonanın sərhədləri hələ müəyyənləşdirilməyib.

Eyni zamanda, Ukraynanın bir sıra müttəfiqlərlə ikitərəfli sazişlər imzalaması təklif olunur. Planın digər bəndinə görə, Türkiyə Qara dənizdə gəmilərin sərbəst hərəkətini təmin etmək öhdəliyini üzərinə götürə bilər.

//Samir Qurbanov, Editor.az

Chosen
103
editor.az

1Sources