EN

"Putinlə Tramp arasında yeni görüş tez bir zamanda təşkil oluna bilər"

"Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında yeni görüş tez bir zamanda təşkil oluna bilər və tərəflər arasında işgüzar əlaqələr davam edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Putin və Tramp arasında danışıqların ikinci raundunun yaxın gələcəkdə mümkün olub-olmaması ilə bağlı suala  mümkündür” cavabını verib.

"Şübhə etmirəm ki, prezidentlər bunu zəruri hesab edərlərsə, onların görüşü çox tez təşkil oluna bilər. Necə ki, Alyaskadakı görüş tez təşkil olundu. İşçi təmaslar davam edir", - Peskov vurğulayıb.

Chosen
10
operativmm.az

1Sources