Sumqayıt şəhərində bərbərxanada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, Sumqayıt şəhərində ümumi sahəsi 5 m² olan dəmir konstruksiyadan ibarət bərbərxananın taxta üzlüyü, içərisində olan əşyalar və 2 paq.m elektrik kabeli yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.