EN

Dünyanı qorxudan proses başladı Azərbaycana təhlükə var?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransada COVID-19 virusunun yenidən yayılması müşahidə olunur. Rəsmi məlumatlara görə, yoluxma halları xüsusilə uşaqlar və orta yaş qrupları arasında artıb. Cenevrə Universitetinin professoru Antuan Flaol bu cür halların digər Avropa ölkələrində və ABŞ-da müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, növbəti aylarda virusun daha geniş yayıla biləcəyi ehtimal olunur.

COVID yenidən dünyanı cənginə alacaq? Azərbaycanı nə gözləyir?

Globalinfo.az-a danışan infeksionist Ləman Qalimovanın sözlərinə görə, COVID-19 virusu pandemiyadan əvvəl də mövcud olub, indi də var:

“Ortada pandemik bir durum yoxdur. Çünki artıq əhalinin böyük hissəsi pandemiya dövründə vaksinasiyadan keçib. Yeni ştammlara qarşı tam qoruyuculuğu olmasa belə, bu, ilkin pandemiya mərhələsinin geridə qaldığını göstərir”.

Ləman Qalimova

İnfeksionist qeyd edib ki, artıq gigiyenik qaydalara əməl olunması və profilaktik tədbirlərə riayət olunması vəziyyətin sabit qalmasına töhfə verir:

“Hazırda profilaktik qaydalara hər yerdə riayət olunur. Xəstəxanalarda infeksion nəzarət komitələri yaradılıb. Əl gigiyenasına diqqət edilir, maskalardan istifadə olunur, infeksion proseslər zamanı qoruyucu vasitələr tətbiq edilir. Bütün bunlar pandemik vəziyyətin yenidən aktuallaşmasını sıradan çıxarır”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
globalinfo.az

1Sources