EN

Azərbaycan və Türkiyə şəhid ailələrinin görüşü keçirildi

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Abşeron rayonunda Azərbaycan və Türkiyənin şəhid ailələri arasında qardaşlıq və həmrəylik görüşü təşkil olunub. Tədbir “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində baş tutub.

Tədbir şəhidlərin xatirəsinin anılması və hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında Azərbaycan-Türkiyə dostluğundan, Vətən müharibəsində qazanılan Zəfərdən və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

“Zəfər” Birliyinin sədri Sevinc Orucova layihənin əsas məqsədinin şəhid ailələri arasında həmrəylik və dəstəyi gücləndirmək olduğunu bildirib. Türkiyədən gələn nümayəndələr də iki ölkənin “bir millət, iki dövlət” prinsipi ilə birliyini vurğulayıblar.

Çıxış edən şəhid ailələri həm Azərbaycanda, həm də Türkiyədə dövlətin qayğısını daim hiss etdiklərini qeyd ediblər. Tədbir bədii hissə və xatirə hədiyyələrinin təqdimatı ilə yekunlaşıb.

Chosen
51
publika.az

1Sources