
Digər qərarla İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun “8702 40 000 2” alt yarımmövqeyində təsnifləşdirilən oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar 2025-ci il avqustun 1-dən 2027-ci il yanvar 1-dək gömrük rüsumundan azad edilib.