EN

Lukaşenkoya açıq təhdid: Cavabımız olacaq, hazırlaşırıq!

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Polşanın Baş naziri Donald Tusk “Zapad-2025” Belarus-Rusiya birgə hərbi təlimləri ilə əlaqədar Minskə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

“Belarus tərəfinin təxribatları təkrarlanarsa, xüsusi tədbirlər tətbiq edəcəyik”, – o bildirib.

D.Tusk söhbətin hansı təxribatlardan getdiyini açıqlamayıb.

Bununla belə, Polşanın baş naziri qeyd edib ki, o, “Qərb-2025” təlimlərini Polşaya hücum üçün hazırlıq hesab edir.

Tusk əlavə edib ki, ölkə müttəfiqləri ilə birlikdə Belarus və Rusiyanın aqressiv manevrlərinə cavab verməyə hazırlaşır:

“Bu manevrlər Polşa sərhədləri yaxınlığında baş tutacaq”.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
76
1
globalinfo.az

2Sources