EN

"Mədəni İrs" Forumunun ilk günü başa çatdı

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" Forumunun ilk günü başa çatıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forumun açılış günündə tanınmış tarixçi alimlər, arxeoloqlar, rəssamlar, memarlar, heykəltəraşlar, sənətkar və sahə üzrə digər mütəxəssislər həmçinin media mənsubları iştirak edib.

Bu gün təşkil olunan 3 panel müzakirə "Təsviri sənət və müasir çağırışlar", "Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar", eləcə də "Azərbaycanda daşınar mədəni irs. Muzey işi və müasir çağırışlar" mövzularına həsr olunub.

Müzakirələr zamanı mədəni irsin mühafizəsi, onun tarixi-mədəni əhəmiyyəti məsələləri, həmçinin irs nümunələrinin ölkə xaricinə çıxarılması, idxalı və digər bu kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forum öz işinə sabah yekun vuracaq.

Xatırladaq ki, bundan öncə ölkəmizdə ilk dəfə teatr, kino, Azərbaycan dili və ədəbiyyatı, musiqi, həmçinin mədəniyyət və yaradıcı sənayelər mövzusunda da forumlar keçirilib.

Chosen
322
7
kulis.az

10Sources