EN

Avrozonada iqtisadi artım zəifləyib

Avropa Statistika İdarəsi (Eurostat) Avrozonada ümumi daxili məhsulun (ÜDM)  aylıq müqayisədə 0,1%, illik müqayisədə isə 1,5% artdığını açıqlayıb.

Avropa İttifaqı (Aİ) və Avrozonanın 2025-ci ilin ikinci rübünə dair iqtisadi artım göstəriciləri dərc olunub.

Marja xəbər verir ki, məlumatlara əsasən, mövsümi amillər xaric edilmiş ümumi daxili məhsul (ÜDM) 2025-ci ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə Avrozonada 0,1%, Aİ-də isə 0,2% artıb.

Avrozonada rüblük ÜDM artımı 2024-cü ilin birinci rübündən bəri ən aşağı səviyyədə qeydə alınıb.

2025-ci ilin birinci rübündə isə ÜDM Avrozonada 0,6%, Aİ-də isə 0,5% artım göstərmişdi.

Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu da Avrozonada iqtisadiyyatın əvvəlki rüblə müqayisədə 0,1% artacağı yönündə idi.

Mövsümi amillər xaric edilmiş ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə Avrozonada 1,5%, Aİ-də isə 1,6% artıb. Halbuki, əvvəlki rübdə illik artım Avrozonada 1,6%, Aİ-də isə 1,7% təşkil etmişdi.

Chosen
66
2
marja.az

3Sources