EN

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü blokladığı iddialarını təkzib etdi

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük prosesi ilə bağlı yeni açıqlama verilib.

Hindistan XİN Azərbaycanın müraciətini bloklaması barədə yayılan məlumatları rədd edib.

Rəsmi açıqlamada bildirilib ki, Tiencin sammitində vaxt məhdudiyyətləri səbəbindən Azərbaycan və Ermənistanın müraciətləri üzvlər tərəfindən müzakirəyə çıxarıla bilməyib. Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi Randhir Caysval vurğulayıb: “Vaxt çatışmazlığına görə dövlətlər bu məsələ ilə bağlı qərar qəbul edə bilmədilər. Məsələ qrup daxilində müzakirə olunmağa davam edir”.

Musavat.com

Chosen
2
editor.az

1Sources