Dünyadakı fərdi kompüterlərin (FK) təxminən yarısı “Windows 10” əməliyyat sistemi ilə işləməyə davam edir.
Publika.az xəbər verir ki, bu barədə “Computer World” məlumat yayıb.
ABŞ-ın iri kompüter istehsalçıları "Dell" və "HP" şirkətlərinin rəhbərləri fərdi kompüter bazarındakı tendensiyaları müzakirə ediblər. Konfrans zamanı tərəflər belə qənaətə gəliblər ki, dünyada kompüterlərin təxminən 50 faizi oktyabrda dayandırılacaq.
HP-nin baş direktoru Enrike Lores istifadəçilərin "Windows"un yeni versiyasına miqrasiya prosesini şərh edərkən deyib: “Biz əvvəlki illərin rəqəmlərindən geri qalırıq”.
Loresin sözlərinə görə, kiçik və orta şirkətlər yeni fərdi kompüterlər almaq zərurəti və ya yeni funksiyaların olmaması səbəbindən "Windows 11"ə keçməkdən çəkinirlər.