EN

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər gələn il tamamlanacaq

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər 2026-cı ilin yazında tamamlanacaq.

 

Bunu jurnalistlərə açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov bildirib.

 

Onun sözlərinə görə, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometrdir və bu yol birinci texniki dərəcəyə uyğun layihələndirilib: "Hərəkət hissəsinin eni 14-21 metr arasında dəyişir. Yolun 78 kilometrlik hissəsi 6 cərgəli, qalan 45,6 kilometrlik hissəsi 4 cərgəli olaraq inşa edilib. Yolun üzərində 28 ədəd körpü tikilib.

 

"Hazırda avtomobil yolunda işlərin fiziki tərəqqisi 95 % təşkil edir" - o qeyd edib.

 

APA

Tarix: 5 Sentyabr 2025, 18:22   
Chosen
44
12
pravda.az

10Sources