EN

Aleksandr Mitroviç Qətər klubunda!

Futbol üzrə Serbiya yığma komandasının hücumçusu Aleksandr Mitroviç Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 30 yaşlı hücumçu Qətərin “Əl-Rayyan” klubuna keçib.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. O, yeni klubu ilə 3 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb. Mitroviç Qətər təmsilçisinə azad agent kimi qoşulub.

Xatırladaq ki, Aleksandr Mitroviç 2023-cü ilin yayında 52,6 milyon avro müqabilində “Fulhem”dən “Əl-Hilal”a keçmişdi. O, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 79 oyunda 68 qol vurub, 15 məhsuldar ötürmə verib.

Serbiyalı futbolçu daha öncə “Teleoptik”, “Partizan”, “Anderlext”, “Nyukasl”, “Fulhem” kimi klubların da formasını geyinib. O, 2013-cü ildə debüt etdiyi Serbiya milli komandasında keçirdiyi 100 oyunda 62 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Chosen
17
arena.az

1Sources