ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner istefa verib.
Publika.az xəbər verir ki, 45 yaşlı Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərindəki mənzilin alınması zamanı herb rüsumunu ödəmədiyini etiraf etdikdən sonra bu qərarı verib.
“Vergiqoyma məsələləri üzrə mütəxəssisə əlavə məsləhət üçün müraciət etməmək qərarıma görə çox təəssüflənirəm. Bu səhvə görə bütün məsuliyyəti öz üzərimə götürürəm”, - deyə Reyner Starmerə yazdığı məktubda bildirib.
Məlumata görə, o, təxminən 40 min funt-sterlinq az ödəyib.
Qeyd edək ki, Ancela Reyner 2024-cü il iyulun 5-də Baş nazirin müavini təyin edilib. O, Kir Starmerin komandasından ayrılan səkkizinci və ən yüksəkvəzifəli kabinet üzvüdür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.