EN

Slovakiya Ukraynanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir -Zelenski

Slovakiya Ukraynanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiya Baş naziri Robert Fitso ilə görüşünün yekununda özünün teleqram kanalında məlumat verib.

“Biz Ukrayna və Moldovanın birlikdə Aİ-yə üzvlük istiqamətində hərəkət etməli olduğunu eyni şəkildə görürük. Eyni zamanda iqtisadiyyat, enerji və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığın regionumuzda xalqlarımızı və ölkələrimizi gücləndirməsi də önəmlidir”, – Zelenski qeyd edib.

Chosen
28
6
redaktor.az

7Sources