EN

Rusiya XİN-dən Azərbaycanda saxlanılan vətəndaşları ilə bağlı daha bir açıqlama

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin 13 Rusiya vətəndaşının Azərbaycanda həbsini Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına səbəb kimi təqdim etməsi və münasibətlərin yaxşılaşması üçün şərt kimi onların azadlığa buraxılmasını irəli sürməsi yanlışdır.

Bakıvaxtı.az xəbər verir ki, brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova azərbaycanlı həmkarlarının sözlərini şərh edərək, Rusiya vətəndaşlarının azad edilməsinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olduğunu bir daha vurğulayıb.

"Mövzu bu il avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası zamanı ətraflı müzakirə olunub. Rusiyanın mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb", - Zaxarova bildirib.

Chosen
8
3
bakivaxti.az

6Sources