"Mövzu bu il avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası zamanı ətraflı müzakirə olunub. Rusiyanın mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb", - Zaxarova bildirib.
Ajans.az  xəbər verir ki, brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova azərbaycanlı həmkarlarının sözlərini şərh edərək, Rusiya vətəndaşlarının azad edilməsinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olduğunu bir daha vurğulayıb.