ain.az, Bakupost portalına istinadən məlumat yayır.
Bu gün Azərbaycan XİN bəyan edib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi səhvən 13 Rusiya vətəndaşının Azərbaycanda həbsini Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına səbəb kimi təqdim edir və münasibətlərin yaxşılaşdırılması şərti kimi onların azadlığa buraxılmasını irəli sürür.
Bakupost.az xəbər verir ki, bunu brifinqdə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova azərbaycanlı həmkarlarının sözlərini şərh edərkən deyib.
O, Rusiya vətəndaşlarının azad edilməsinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olduğunu vurğulayıb:
"Mövzu bu il avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası zamanı ətraflı müzakirə olunub. Rusiyanın mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb", - Zaxarova bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.