EN

Liverpul Salahın əvəzləyicisini tapdı

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Liverpul" Məhəmməd Salahdan sonrakı dövr üçün hücum xəttinə namizədini müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, İngiltərə çempionunun əsas hədəfi "Bavariya"da çıxış edən Maykl Olisedir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Liverpul" fransalı vingeri Salahın uzunmüddətli əvəzləyicisi kimi nəzərdə tutur. Mersisayd təmsilçisi 23 yaşlı ön xətt oyunçusunu gələn il heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Bundesliqada meydana çıxdığı 2 matçda 3 qol vurub.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
2
sportal.az

3Sources