EN

Azərbaycan millisi Airbadminton üzrə Avropa çempionatında ardıcıl ikinci qələbəsini qazandı

“B” qrupunda yer alan millimiz ilk oyunda Xorvatiya yığması ilə qarşılaşıb.

Operativ Media xəbər verir ki, 4 kateqoriya üzrə keçirilən qarşılaşmada rəqibindən üstün təsir bağışlayan badmintonçularımız 60:33 hesablı qələbə qazanıb.

Komandamızın “B” qrupunda növbəti oyunu Niderland seçmə kollektivinə qarşı baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda əzmkarlıq nümayiş etdirən badmintonçularımız ...qələbə qazanaraq Avropa çempionatında pley-offa yüksəlib. Komandamız 1/4 finalda Yunanıstan yığması ilə üz-üzə gələcək.

“A” qrupunda Fransa, Bolqarıstan və Gürcüstan, “C” qrupunda isə Almaniya, Türkiyə və Yunanıstan seçmə kollektivləri yer alıb.

Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.

Chosen
118
operativmedia.az

1Sources