EN

Avropa Komissiyası "Google"u 2,95 milyard avro cərimələyib

BAKI, 5 sentyabr. TELEQRAF

Avropa Komissiyası (AK) Amerikanın "Google" korporasiyasına reklam bazarında yol verdiyi sui-istifadələrə görə 2,95 milyard avro cərimə kəsib.

Teleqraf xəbər verir ki, bu barədə AK-nın açıqlamasında bildirilir.

“Komissiya "Google"a Avropa rəqəmsal reklam bazarında dominant mövqeyindən sistemli şəkildə sui-istifadə etdiyinə görə 2,95 milyard avro məbləğində cərimə tətbiq etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Komissiya vurğulayıb ki, "Google"un Avropa rəqəmsal reklam bazarında inhisarçı mövqeyi ona reklam xidmətləri üçün həddindən artıq ödəniş etməyə imkan verir ki, bu da avropalı istehlakçıların xərclərini artırır və Avropa onlayn mal və xidmətlərin provayderlərinin gəlirlərini azaldır. Bu, AB-nin rəqabət qaydalarının birbaşa pozulmasıdır.

Üstəlik, Avropa Komissiyası "Google"un “Avropa normalarını üçüncü dəfə pozduğunu” əsas gətirərək cəriməni daha da artırıb.

Avropa Komissiyası cərimə ilə məhdudlaşmayıb və Amerika şirkətinə Avropa onlayn reklam xidmətlərini müstəqil operatorlara satmaq üçün 60 gün vaxt verib.

Chosen
28
7
teleqraf.com

8Sources