EN

12,1 milyard dollarlıq sərvət onlara miras qaldı

Ötən gün vəfat edən dünyaca məşhur italyan modelyer Corco Armaninin mirasının kimə qalacağı dəqiqləşib.

Publika.az xəbər verir ki, o, 12,1 milyard dollar sərvətini 86 yaşlı bacısı Rosannaya miras qoyub.

Bu barədə “Reuters”in yaydığı məlumata görə, varislər arasında Rosannanın qızları Roberta və Silvana, həmçinin modelyerin qardaşı oğlu Andrea Kamerana da var.

Qeyd edək ki, heç vaxt evlənməyən və övladı olmayan mərhum modelyerin mirasının kimə qalacağı müzakirə mövzusu olmuşdu.

Chosen
18
publika.az

1Sources