EN

“Real”ı İstanbul nəhənginə dəyişir?

 Madrid “Real”ının mərkəz müdafiəçisi Raul Asensiyo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən yaydığı məlumata görə, "Beşiktaş" klubu ispan futbolçunun xidmətində maraqlıdır. İstanbul təmsilçisi 22 yaşlı futbolçunun agenti ilə də artıq danışıqlara başlayıb.

Lakin futbolçu İspaniya nəhəngini tərk etmək istəmir. "Qara qartallar" bu keçid baş tutmazsa "Əl Nəsr"də çıxış edən Emerik Laport üçün hərəkətə keçəcək.

Qeyd edək ki, futbolçu Madrid klubunun heyətində yeni mövsümdə 4 matçda meydana çıxıb.

Chosen
41
90deqiqe.az

1Sources