EN

“Real”a keçmək istədim, amma razılıq alınmadı"

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino, əvvəllər “Tottenhem”i çalışdırarkən Madrid “Real”ına keçmək imkanından danışıb.

90deqiqe.Az-ın məlumatına görə, "Madrid Universal" mütəxəssisin dediklərini belə çatdırıb. 

"Zinədin Zidan “Real”dan ayrıldıqda, təbii olaraq, mənim üçün bu klubda işləmək şansı yarandı. Mən Daniel Leviyə söz verdim ki, stadion tamamlanana qədər “Tottenhem”də qalacağam. O zaman dedim ki, Levi icazə verərsə “Real”a keçəcəm, amma belə olmadı. Florentino Peres bunu necə qarşıladı, bilmirəm, amma bunda mənim günahım yoxdur. Mən sərbəst agent deyildim" 

Qeyd edək ki, argentinalı mütəxəssis “Tottenhem”in baş məşqçisi vəzifəsində 2014–2019-cu illərdə çalışıb. Sentyabr 2024-cü ildən isə ABŞ millisinin baş məşqçisidir.

Chosen
58
90deqiqe.az

1Sources