EN

“Fənərbağça” “Real”ın müdafiəçisini transfer edir

“Real”ın müdafiəçisi David Alaba karyerasını “Fənərbağça”da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi avstriyalı futbolçunu transfer etməyi nəzərdən keçirir. Super Liqa nəhəngi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

“Kral klubu” Alabalının gedişinə mane olmayacaq, çünki o, komandanın ən yüksək maaşlı oyunçularından biridir.

Bununla belə, “Real” rəhbərliyi 33 yaşlı futbolçunun əvvəlki yüksək səviyyəsini bərpa edə biləcəyinə şübhə ilə yanaşır. Lakin Alaba əvvəlki açıqlamalarında ən yaxşı formasını bərpa etmək üçün hazır olduğunu bəyan edib.

David Alaba "Real"a 2021-ci ildə qoşulub və hazırda onunla olan müqavilə növbəti mövsümün sonuna qədər qüvvədədir. Yanvar ayında oyunçu, 1 ildən çox müddət ərzində qaçırdığı ön çapraz bağ zədəsindən sonra meydana qayıdıb. Keçən mövsümdə isə mərkəz müdafiəçisi yalnız 14 matçda iştirak edib.

Chosen
30
90deqiqe.az

1Sources