EN

Kral ailəsinin ən yaşlı üzvü vəfat etdi

Kent hersoginyası Ketrin Lüsi Meri Uorsli 92 yaşında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Bukingem sarayının məlumatına görə, Ketrin Kensinqton sarayında ailəsinin əhatəsində həyatını itirib. O, 2022-ci ildə kraliça II Elizabetanın vəfatından sonra kral ailəsinin ən yaşlı üzvü olmuşdu.

Kent hersoginyası 1961-ci ildə kraliça II Elizabetanın əmisi oğlu Eduardla evlənib. On ildən çox dövlət məktəbində musiqi müəllimi kimi fəaliyyət göstərmiş, 2004-cü ildə isə aztəminatlı uşaqlara musiqi üzrə dəstək vermək məqsədilə “Gələcək İstedadlar” xeyriyyə təşkilatını yaradıb.

Chosen
16
unikal.az

1Sources