EN

“Everton” Cordan Pikfordla müqaviləni uzadacaq

“Everton” əsas qapıçı Cordan Pikfordun müqaviləsini uzatmaq qərarına gəlib.

90deqiqe.Az-ın “BBC”ə istinadən yaydığı məlumata görə, "şirniyyatçılar" 31 yaşlı futbolçu ilə danışıqlara hazırlaşır və yeni müqavilənin uzunmüddətli olması gözlənilir.

 “Everton” Pikfordla əməkdaşlığın onun karyerası bitənə qədər davam etməsini arzulayır.

Cordan Pikford 2017-ci ilin yayında “Sanderlend”dən “Everton”a transfer olunub. O vaxtdan etibarən futbolçu 322 rəsmi oyunda meydana çıxıb və 449 qol buraxıb. Pikford həmçinin İngiltərə millisinin əsas qapıçısıdır; “Üç Şir”in heyətində 76 oyunda 53 qol buraxıb.

Chosen
73
90deqiqe.az

1Sources