EN

KİV: ABŞ Rusiya və Çini cilovlamaqdansa müdafiəyə keçmək istəyir

KİV: ABŞ Rusiya və Çini cilovlamaqdansa müdafiəyə keçmək istəyir

Birləşmiş Ştatlar Rusiya və Çini cilovlamaqdan çox öz kontinental hissəsinin müdafiəsinə, həmçinin Qərb yarımkürəsində təhlükəsizliyin təmin olunmasına üstünlük verməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə “Politico” qəzeti ABŞ Pentaqonunun hazırladığı Milli Müdafiə Strategiyasının (NDS) yeni variantından çıxarışlara istinadən yazıb.

Məqalədə qeyd olunur ki, sənəd layihəsi bu həftənin əvvəlində ABŞ müdafiə naziri Pit Heqsetə təqdim edilib. Qəzet strategiyanın əvvəlki layihələri ilə tanış olan üç mənbəyə istinadla yazır ki, yeni NDS Pekin və Moskva ilə rəqabətə deyil, daxili və regional missiyalara daha çox önəm verir. Onun əsas tərtibatçısı müdafiə nazirinin siyasət üzrə müavini Elbridge Kolbidir.

“Bu, Birləşmiş Ştatlar və müxtəlif qitələrdəki müttəfiqləri üçün böyük dəyişiklik olacaq. ABŞ-ın köhnə, etibarlı vədləri sual altındadır”, – deyə mənbələrdən biri bildirib.

“Politico” yazır ki, Kolbi və komandası həmçinin ABŞ silahlı qüvvələrinin xaricdəki yerləşməsini nəzərdən keçirir və raket-hava hücumundan müdafiə sisteminin icmalını hazırlayır. Bu sənədlərin oktyabrda açıqlanacağı gözlənilir.

Chosen
8
afn.az

1Sources