Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşıb. Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcən görüş ev sahibi komandanın böyükhesablı qələbəsilə başa çatıb – 5:0.
Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (9 sentyabr).
DÇ-2026-nın seçmə mərhələsi, 1-ci tur
5 sentyabr
D qrupu
22:45. İslandiya – Azərbaycan 5:0
Qollar: Viktor Palsson, 45+2, İsak Yohannesson, 47; 56, Albert Qudmundsson, 67, Daniel Leo Qretarsson, 73
Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal
VAR: Jerön Mansxot
AVAR: Klay Ruperti
“Lauqardalsvöllur” stadionu
22:45. Ukrayna – Fransa