EN

DÇ-2026 seçmə mərhələsi: Azərbaycan ilk görüşdə İslandiyaya böyük hesabla məğlub oldu

DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub.

Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qolları Viktor Palsson (45+2), İsak Yohanneson (47, 56), Albert Qudmundsson (66) və Kristian Hlünsson (73) vurublar.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Bakıda Ukrayna seçmə komandası ilə keçirəcək.

Chosen
2
editor.az

1Sources