EN

Bu, Azərbaycan xalqına qarşı hörmətsizlikdir -

"Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, AFFA tədbir görəcək". Metbuat.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən İslandiya - Azərbaycan oyununa münasibət bildirib:"Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin izahını gözləyirik. Santuş komandanı oyuna hazırlaya bilməyib", - deyə Fərəcullayev vurğulayıb.

Qeyd edək ki, İslandiya yığması Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib.

Chosen
2
4
metbuat.az

8Sources