EN

Tramp Ukrayna münaqişəsinin həll olunacağına əmindir

BAKI, 6 sentyabr. TELEQRAF

Ukrayna münaqişəsi həll olunacaq.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bununla bağlı əminliyini ifadə edib.

"Biz daha bir münaqişəni (Ukraynada - red.) həll etmək üzrəyik, o düşündüyümdən bir az daha mürəkkəb çıxdı. Amma o həll olunacaq, əks halda çox baha başa gələcək", - prezident Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp həmçinin indiyədək yeddi hərbi münaqişəni həll etdiyini deyib.

Ağ Ev sahibinin sözlərinə görə, əvvəllər o, Ukrayna böhranını həll etməyin onun üçün dünyadakı digər silahlı münaqişələrdən daha asan olacağını düşünürdü, lakin bu proses daha mürəkkəb çıxıb.

Chosen
6
teleqraf.com

1Sources