EN

KİV: ABŞ Ukraynaya Rusiyanın dərinliklərini vura bilən raketlər verəcək

BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ Ukraynaya Rusiya dərinliklərini vura bilən 10 ədəd ERAM raketindən ibarət ilk partiyanı tədarük edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Aviation Week” jurnalı yazıb.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri raketləri həm F-16 qırıcıları, həm də MiQ-29 ilə istifadə edə biləcək.

"Avqustun sonunda ABŞ hökumət rəsmi olaraq Ukraynaya 3550-yə qədər ERAM raketinin satışını təsdiq edib. Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi Konqresi ixrac sövdələşməsi barədə məlumatlandıraraq, qanunvericilərə təklif olunan satışı nəzərdən keçirmək üçün 30 günlük müddət müəyyən edib", - nəşrin müəllifləri yazır.

Chosen
2
teleqraf.com

1Sources