EN

PSJ-nin çalışdırıcısı xəstəxanadadır, onu əməliyyat gözləyir

PSJ-nin baş məşqçisi Luis Enrike velosipeddən yıxılaraq körpücük sümüyünü sındırıb. İspan mütəxəssis xəstəxanaya çatdırılıb, əməliyyat olunacaq.

İdman.biz bildirir ki, bu barədə fransız klubunun mətbuat xidməti X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

İspaniyalı çalışdırıcı 2023-cü ilin yayında Paris klubunu təhvil alıb. Ötən mövsüm onun rəhbərliyi altında PSJ Çempionlar Liqası, ölkə çempionatının qalibi olub, Fransa kubok və superkubokunu alıb.

İdman.biz

Chosen
63
1
idman.biz

2Sources