EN

Tramp G20 sammitində iştirak etməyəcək

Vaşinqton, 6 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitində iştirak etməyəcək.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. O, yerinə vitse-prezident Ceyms Vensin gedəcəyini təsdiqləyib.

Sammit noyabrın 22-23-də keçiriləcək.

Tramp gələn il Mayamidə keçiriləcək G20 sammitində Putin və Si Cinpini görməkdən şad olacağını bildirib.

 

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
10
1
azertag.az

2Sources