EN

ABŞ Prezidenti Venesuelanı hərbi təyyarələrini vurmaqla təhdid edib

Vaşinqton, 6 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp iki Venesuela hərbi təyyarəsinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığında uçmasına münasibət bildirib.

AZƏRTAC-ın məlumatına görə, o deyib ki, əgər təyyarələr təhlükəli vəziyyət yaratsalar, vurulacaq.

Qeyd edək ki, Venesuela hərbi əməliyyatı ABŞ-ın bu ölkədən narkotik daşıyan gəmiyə ölümcül zərbə endirməsindən sonra baş verib.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
47
2
azertag.az

3Sources