EN

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti məsələsi üzərində işləyəcək

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Vaşinqton, 6 sentyabr, AZƏRTAC

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti məsələsi üzərində işləyəcək.

AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Jurnalistlər ondan Rusiya ilə müharibədə Ukraynaya kömək etmək planları barədə soruşublar. "Biz bunu həll edəcəyik. Onlara kömək edəcəyik. Çox insanın həyatını xilas edəcəyik. Avropa təhlükəsizliyi təmin etməkdə birinci olacaq. Avropa bunun bitməsini istəyir və bitəcək. Hamısı gözlənilmədən həll olacaq. Gözləyin", - deyə Tramp açıqlayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
3
azertag.az

4Sources