EN

Kürdəmirdə şadlıq sarayında yanğın olub

Bakı. Trend:

Kürdəmir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xırdapaykəndində ümumi sahəsi 1400 m² (1-ci mərtəbəsi 600 m², 2-cimərtəbəsi 800 m²) olan ikimərtəbəli şadlıq sarayının sahəsi 20 m²olan təsərrüfat otağında 1 ədəd elektrik lövhəsi, 1 ədədsəsgücləndirici qurğu, 1 ədəd işıq tənzimləyicisi və 10 m² sahədəyığılan plastik qablar yanıb. Şadlıq sarayı yanğından mühafizəolunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
37
7
az.trend.az

8Sources