EN

Handedən ayrılan Hakan Sabançı danışdı: Anama çox hörmətsizlik edirlər...

Məşhur türkiyəli aktrisa Hande Erçelin keçmiş sevgilisi, iş adamı Hakan Sabançı ayrılıqları ilə bağlı sərt açıqlamalar verib.

Publika.az xəbər verir ki, Hakan Sabançı xəyanət iddiaları və anası Arzu Sabancıya ünvanlanan tənqidlərlə bağlı da danışıb.

Qeyd edək ki, 3 ilə yaxındır birlikdə olan cütlük ayrılma qərarı ilə gündəm olub və münasibətin bitməsinin səbəbi kimi müxtəlif iddialar ortaya atılıb.

İş adamı yayılan xəbərləri şərh edərək, həqiqətəuyğun olmadığını deyib.

"Qarşılıqlı şəkildə qərar verdik. Hər kəs nəsə deyir. Qərarın üçüncü şəxslərlə heç bir əlaqəsi yoxdur. Ailəmə, xüsusən də anama çox hörmətsizlik edirlər. Anam çox kədərlənir və bu səbəbdən, nəhayət, özü də açıqlama vermək məcburiyyətində qaldı.

Başa düşürəm, bu, şərhlərə açıq bir mövzudur, ona görə də gündəm yaratmağa çalışırlar. Lakin bu, iki şəxsin qərarıdır. Bir dəfə danışmışam, daha danışmayacağam.

Chosen
75
publika.az

1Sources