EN

Pentaqonun adı dəyişdirildi

ABŞ prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyi Pentaqonun adının dəyişdirilərək “Müharibə Nazirliyi” olunması ilə bağlı əmr imzalayıb.

Bu barədə “Clash Report” məlumat yayıb.

Tramp ABŞ-nin heç kimin rəqabət edə bilməyəcəyi dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına malik olduğunu deyib.

O, ABŞ-nin hər iki dünya müharibəsində məhz bu düzgün seçilmiş adla qalib gəldiyini bildirib.

Bu qərar həm də o deməkdir ki, müdafiə naziri Pit Heqset rəsmi görüş və mərasimlərdə artıq özünü müharibə naziri kimi təqdim edə biləcək.

MənbəAPA
Chosen
15
2
banker.az

6Sources