EN

Yuxudan duran kimi qəhvə içmək zərərlidir - Kardioqoloq açıqladı

Qəhvə milyonlarla insanın səhərinin ayrılmaz hissəsidir. Lakin, həkim-kardioqoloq Anastasiya Şçerbakın fikrincə səhər qəhvəsini dərhal yuxudan sonra içmək düzgün deyil.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yuxudan sonra bədəndə kortizol səviyyəsi yüksək olur və qəhvənin təsiri zəifləyir, mədə isə qıcıqlana bilər.

Həkim tövsiyə edir ki, ilk fincan 1,5-2 saat sonra və ya səhər yeməyi və ya qəlyanaltı ilə birlikdə içilsin.

Gündə maksimum kofein dozası 400 mg, bir dəfəlik isə 200 mg-dır. Həddindən artıq kofein yuxusuzluq, əsəbilik, təzyiqin artması və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Şçerbak vurğulayır ki, qəhvənin faydalı olması üçün balanslı qəbul edilməlidir.

Chosen
19
5
day.az

6Sources