EN

Azərbaycan klubunda rəhbər posta əcnəbi gətirilib

Bu gün "Sabah"da rəhbər vəzifəyə yeni təyinat gerçəkləşib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Klubun futbol akademiyasının baş koordinatoru postuna Georgi Minaşvili gətirilib.

Gürcüstanlı mütəxəsislə artıq rəsmi müqavilə imzalanıb. O, son olaraq Tbilisi «Dinamo»sunun futbol məktəbinə başçılıq edib.

Minaşvili burada Adino Mustedanaqiçi əvəzləyib. Bir neçə ildir Masazır təmsilçisində fəaliyyət göstərən xorvatiyalı artıq sırf məşqçi kimi işləyəcək.

Balkanlı U-19 və əvəzedici komandaların sükanı arxasında dayanacaq.

İdman.biz

Chosen
7
7
idman.biz

9Sources