EN

Gələn il G20 sammiti Trampın qolf klubunda keçiriləcək

2026-cı ildə G20 sammiti Florida ştatının Mayami şəhərində keçiriləcək.

Olaylar.az xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib: "2026-cı il sammiti gözəl Mayami şəhərində keçiriləcək".

Tramp qeyd edib ki, ABŞ-ın maliyyə naziri Skott Bessent sammitin gündəliyinin hazırlanması üzərində işləyir. Eyni zamanda, CBS telekanalı qeyd edir ki, sammitin Trampın Mayami yaxınlığındakı qolf klubunda keçirilməsi planlaşdırılır.

Amerika mətbuatının yazdığına görə, sammit 2026-cı il dekabrın 14-15-nə planlaşdırılıb.

Qolf klubunun tədbirin təşkili xərclərini özü ödəyəcəyi və onun keçirilməsinə görə Dövlət Departamentindən və ya digər ölkələrin hakimiyyət orqanlarından gəlir əldə etməyəcəyi planlaşdırılır.

Jurnalistlərin Rusiyanın sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran Tramp bu məsələ ilə bağlı düşünəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
olaylar.az

1Sources