EN

Bu il Dövlət Proqramı ilə xaricdə təhsil hüququ qazananların SAYI AÇIQLANDI ÖZƏL

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 2025–2026-cı tədris ili üzrə 191 nəfər xaricdə təhsil hüququ qazanıb.Bu barədə Bizim.Media-nın sorğusuna Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 2025–2026-cı tədris ili üzrə Macarıstanda 130, Çin Xalq Respublikasında 43, Latviya Respublikasında 10, Rumıniyada isə 8 nəfər bakalavriat, magistratura və doktorantura səviyyələrində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.

Eyni zamanda, digər HTP tərəfdaş ölkələr üzrə namizədliyi təqdim edilən AR vətəndaşlarının nəticələri ilə bağlı yekun qərarın qarşı tərəflərin aidiyyəti qurumlarından verilməsi gözlənilir.Naibə Məmmədova, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
bizim.media

2Sources