EN

Ermənistan Avropa İttifaqında qəbul edilmədi

Ermənistan Baş naziri Nikol Paşinyan son vaxtlar komanda üzvləri ilə Avropa İttifaqına (Aİ) üzvlük perspektivləri barədə danışmağı dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri artıq başa düşüblər ki, Aİ-də heç kim Ermənistanı gözləmir”, - mənbə bildirib.

Nəşr qeyd edib ki, Ermənistan hökumətinin Aİ-yə üzvlük təşəbbüsü Brüsseldə həvəslə qarşılanmayıb:

“Üstəlik, bəlli olur ki, bu layihə əvvəlcədən də razılaşdırılmayıb, Avropa strukturları ilə ciddi danışıqlar aparılmayıb. Parlamentdə qəbul edilmiş sənədin cavabsız qalmasının səbəbi də məhz budur: Aİ-dən heç bir qarşılıqlı hazırlıq və impuls alınmayıb.

Nəticədə, hakim güc yavaş-yavaş, amma ardıcıl olaraq Aİ-yə üzvlük mövzusunu siyasi prioritetlərindən çıxarır. “Vətəndaş Müqaviləsi”nin yeni strategiyası Çin, Yaponiya, ABŞ və Rusiya ilə daha sıx əlaqələr qurmaqla Ermənistanın xarici siyasətini diversifikasiya etməkdir”.

“Joqovurd” əlavə edib ki, Aİ-nin yerinə yetirilməmiş vədləri də İrəvanda məyusluğu dərinləşdirir:

“Brüssel 2021-ci ildə Ermənistana 2,6 milyard avro investisiya paketi verəcəyini vəd etsə də, indiyədək qrant şəklində cəmi 500 milyon avroya yaxın vəsait köçürülüb. Beləliklə, Ermənistan hakimiyyəti əmin oldu ki, Aİ onları böyük ölçüdə aldadıb: Brüsseldə Ermənistanı qəbul etmək üçün nə siyasi iradə var, nə də vəd edilən maliyyə dəstəyi təmin edilib”.
Chosen
1
2
sherg.az

3Sources