EN

“Barselona”nın transfer siyahısına düşən 5 müdafiəçinin adı bəlli oldu

BAKI, 6 sentyabr. TELEQRAF

İspaniya təmsilçisi “Barselona”nın transfer etmək istədiyi futbolçuların adı məlum olub.

Teleqraf “Mundo Deportiv” nəşrinə istinadən xəbər verir ki, siyahıda 5 müdafiəçinin adı yer alır.

Kataloniya təmsilçisinin ən çox maraq göstərdiyi “Sportinq”in portuqaliyalı müdafiəçisi Qonsalu İnasiudur.
“Nottingem Forest”in braziliyalı oyunçusu Murillo, “Kristal Pelas”ın ingiltərəli üzvü Mark Qehi, “Palmeyras”ın braziliyalı stoperi Luis Benedetti və hazırda PSJ-də çıxış edən braziliyalı Lukas Beraldonu da “Barselon” yaxından izləyir.

Chosen
76
teleqraf.com

1Sources