EN

Ağalıda hotelin təmirinə 6 milyon manat xərclənəcək

BAKI, 6 sentyabr. TELEQRAF

Zəngilan rayonunun Ağalı kəndində yerləşən hotelin təmir və tamamlanma işlərinin ikinci mərhələsinə start verilib.

Teleqraf xəbər verir ki, bu mərhələ çərçivəsində qaz təchizatı, işıqlandırma, abadlıq və yaşıllaşdırma işlərinə 6 milyon 50 min manat xərclənəcək.

Təmir işlərini“Crystal İnşaat” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək. Şirkətin nizamnamə kapitalı 4 min manatdır, qanuni təmsilçisi isəMəmmədov Elgün Qafil oğludur.

Qeyd edək ki, müvafiq işlərə “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi nəzarət edəcək.

Chosen
101
2
teleqraf.com

3Sources