EN

HDQ-də nümunəvi gəmi döyüşləri təlimləri keçirilib | VİDEO

AzVision.az Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin məlumatına istinadən xəbər verir ki, təlimlərin məqsədi şəxsi heyətə gəminin sualtı diversiya əleyhinə müdafiəsinin düzgün təşkili yollarını öyrətmək, eləcə də gəminin dayanacaqda baş verə biləcək fövqəladə hallar zamanı davamlılıq uğrunda mübarizəyə hazırlıq səviyyəsini yoxlamaq olub.


Təlimlərdə həmçinin gəminin dayanacaqda yanğına qarşı hazırlıq vəziyyəti, yaralılara ilkin tibbi yardımın göstərilməsi və onların ərazidən təxliyə olunması qaydaları praktiki olaraq məşq etdirilib.


Qəza partiyasının davamlılıq uğrunda mübarizə fəaliyyəti, eləcə də gəmidə baş verə biləcək yanğınların növünə və yerinə uyğun tətbiq ediləcək mübarizə üsulları yerində göstərilərək yoxlanılıb.


Keçirilmiş təlimlər müvəffəqiyyətlə başa çatıb. Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.



AzVision.az

Chosen
2
35
azvision.az

10Sources